Allah’a inandım” demək bəs edir mi?

Sual: “Heç bir şey öz-özünə ola bilmədiyinə görə, Allaha inanıram. Lakin dinlərə, Peyğəmbərlərə kitablara və axirətə inanmıram deyən Allaha inanmış sayılırmı?

CAVAB
Belə deyən qətiyyən Allaha inanmır. Nəsrəddin Xocanın “Doğulduğuna inanırsansa bəs öldüyünə niyə inanmırsan” dediyi kimi, “Mən tələbəyəm. Lakin müəllimə, dərsə və imtahana inanmam” demək olarmı? Əgər tələbədirsə, mütləq müəllimə və dərsə inanmalıdır. “Mən qanuna inanıram, amma hakimə və məhkəməyə inanmıram” demək olarmı? Ortada bir qanun varsa, onu hazırlayanlar da və onları tətbiq edən məhkəmələr də var. Səmimi olaraq Allahu-təalaya inanırsa, əlbəttə, Onun əmr və qadağalarına da inanmalıdır.

İstisnalardan başqa bütün dünya alimləri bu kainatın öz-özünə var olmadığını və bir yaradanın olduğunu ittifaqla bildirmişlər. Elm nə qədər inkişaf etsə də, insanlar bir qarışqa, bir quş və ya bir arpa dənəsini belə yarada bilməzlər. Ağıllı və bilikli insan kainata nəzər saldıqda çox intizamlı şəkildə yaradıldığının şahidi olar. Onun öz-özünə meydana gəlmədiyini başa düşər. Bir insan bir alət və ya makina düzəltdikdə onun necə və harada istifadə olunacağı haqda bir tərifini də yanına qoyur. Onun bu şəkildə anlaşılması çətinləşəndə bunu öyrədəcək kurslar açar. Bir texniki vasitə səhv istifadə olunduqda əldən çıxar. Hər şeyin yaradıcısı olan Cənabi-Allah da insan deyilən makinanı yaradıb başıboş buraxmamışdır. Bir ayəti-kərimənin məalı belədir:
“Sizi boş yerə yaratdığımızı zənn etdiniz?” (Muminun, 115)

İnsan deyilən bir makinanın da istifadə tərifi var. O da Allahu-təalanın Peyğəmbərlər vasitəsiylə göndərdiyi kitablardır. Son Peyğəmbər Muhammed əleyhissəlama göndərilən kitabı isə Qurani-kərimdir. Qurani-kərim çox vəciz olduğu üçün Peyğəmbərimiz “səllallahu əleyhi və səlləm” onu hədisi-şəriflərlə açıqlamışdır. “Allaha inanıram” deyən Onun göndərdiyi kitablara və Peyğəmbərlərə də inanmalıdır.

Ortada bir əsər varsa, bu əsəri meydana gətirən biri, əlbəttə, vardır. Bununla yanaşı, bu əsərin necə istifadə ediləcəyini də, əlbəttə, bildirmişdir. Öldükdən sonra başına gələnləri düşünməyənə və özünü əbədi təhlükəyə atana ağıllı demək olarmı? Qurani-kərimin bir çox yerində “Düşünmürsünüzmü?” deyə insanlara xəbərdarlıq edilir. Hədisi-şəriflərdə buyurulmuşdur:
“Ağlı olmayanın dini də yoxdur”. (Tirmizi)

“Ağıllı şəxs Allaha və Peyğəmbərinə inanan, ibadətlərini yerinə yetirəndir”. (İ.Muhbər)

“Ağlı olan kəs iman edər”. (Beyhəki)

Belə olan halda Allaha inandığını deyən ağıllı adam kitab və Peyğəmbərlərə də iman etməli və ibadətləri yerinə yetirib haramlardan çəkinməlidir. İmanın altı şərtindən birinə belə inanmayan iman sahibi olmaz. Tək Allaha inandığını deməklə yalnız özünü aldadar.

PAYLAŞ