Əhli-sünnə etiqadı

Sual: Əhli-sünnə etiqadında olmağın şərtləri nədir?

CAVAB
Əhli-sünnə etiqadından önəmli olanlardan bəzisi bunlardır:
1- Əməntudakı şərtlərin hamısına inanmaq (Xeyrin, şərin və hər şeyin Allahdan olduğuna inanmaq. İnsanda cüzi iradə var. İşlədiyi günahlardan məsuldur).

2- Əməl imandan parça deyil. Yəni ibadət etməyən və ya günah işləyən möminə kafir deyilməz. (Vəhhabilər “Əməl imanın bir parçasıdır, namaz qılmayan və haram işləyən kafirdir” deyir.)

3- İman ya vardır, ya da yoxdur. Artıb azalmaz. (Parlaqlığı artıb azalar.)

4- Qurani-kərim məxluq deyil.

5- Allah məkandan münəzzəhdir. (Vəhhabilər “Allah göydə və ya ərşdədir” deyirlər.)

6- Əhli-qiblə təkfir edilməz. (Vəhhabilər özlərindən başqa hamıya kafir deyirlər.)

7- Qəbir sualı və qəbir əzabı haqdır.

8- Qeybi yalnız Allah bilir. İstəyərsə ənbiya və övliyasına da bildirər.

9- Övliyanın kəraməti haqdır.

10- Əshabi-kiramın hamısı Cənnətlikdir. (Rafizilər “Beşi xaric səhabələrin hamısı kafirdir” deyirlər. Halbuki Quranda hamısının Cənnətlik olduğu bildirilmişdir. “Hədid,10”)

11- Əbu Bəkr Siddiq əshabi-kiramın ən üstünüdür.

12- Merac ruh və bədənlə birlikdə olmuşdur.

13- Öldürülən və intihar edən əcəli ilə ölmüşdür.

14- Peyğəmbərlər günah işləməz.

15- Bu gün üçün dörd haqq məzhəbdən birində olmaq.

16- Peyğəmbərlərin ilki Adəm əleyhissəlam və sonuncusu Muhammed əleyhissəlamdır. (Vəhhabilər həzrəti Adəmin, həzrəti Şitin və həzrəti İdrisin Peyğəmbər olduğunu inkar edirlər. İlk Peyğəmbərin həzrəti Nuh olduğunu deyirlər. Liderlərinə Rəsul (Peyğəmbər) deyən bəzi qruplar da “Nəbi gəlməz, amma Rəsul gələr” deyirlər. Buna görə də Rəsul olduğunu deyən zındıqlar törəmişdir.)

17- Şəfaət, sirat, hesab və tərəziyə inanmaq.

18- Ruh ölməz. Kafir və müsəlman ölülərinin ruhları eşidir.

19- Qəbir ziyarəti caizdir. Ənbiya və övliyanın qəbirlərinə gedib onların hörmətinə dua etmək və onlardan kömək istəmək caizdir. (Vəhhabilər isə buna şirk deyirlər. Bu səbəbdən sünni və şiələrə müşrik və ya kafir deyirlər.)

20- Qiyamətin əlamətlərindən olan Dəccal, Dəbbətül-ərz və həzrəti Mehdinin gələcəyinə, həzrəti İsanın göydən enəcəyinə, günəşin qərbdən doğacağına və bildirilən digər qiyamət əlamətlərinə inanmaq.

İmami-əzəm həzrətləri “Qiyamət əlamətlərinə təvilsiz inanmaq lazımdır” buyurur. (Fiqhi-əkbər)

Bir hədisi-şərif tərcüməsi:
“Günəş qərbdən çıxmadıqca qiyamət qopmaz. O vaxt hamı iman edər, amma iman artıq fayda verməz”. [Buxari, Müslim]
Günəşin qərbdən çıxmasını “Avropa müsəlman olacaq” deyə şərh etmək imami-əzəmin sözünə ziddir. Heç bir islam alimi şərh etməmişdir. Haşa Rəsulullah tapmaca söz söyləyir? Belə şərh etmək “Alma desəm çıx, armud desəm çıxma” sözünə bənzəyir. Necə ki, “Salat duadır, namaz adında bir şey yoxdur” deyənlər olmuşdur.Onda ortada din adında bir şey qalmaz. Bir də ki, Avropa müsəlman olanda iman niyə fayda verməsin? Günəşin qərbdən çıxması elmən də mümkündür. Dinsizlər etiraz edər deyə məcburi şərhə getmək lazım deyil. Allahu təala dünyanı indiki orbitindən çıxarıb başqa orbitə qoyar. Dönüş istiqaməti dəyişəndə günəş qərbdən çıxmış olar.

21- Axirətdə Allahu-təala görüləcək.

22- Kafirlər Cəhənnəmdə sonsuz qalar. Əzabları azalmaz, hətta getdikcə artar.

23- Məst üzərinə məsh caizdir.

24- Sultana üsyan caiz deyil.

(Bu məlumatlar “Fiqhi-əkbər”, “Nuhbətul-ləali”, “R.Nasihin”, “Məktubati-Rəbbani” və “F.Fəvaid” əsərlərindən götürülmüşdür)

Cəhənnəmdən xilas olan tək firqə
Sual: 
Mən din biliklərindən məhrum yetişdim. Dinimi doğru şəkildə öyrənmək istəyirəm. Müxtəlif kitablar aldım. Kitablar bir-birilərindən olduqca fərqlidir. Quran tərcümələri də fərqlidir. Öz başıma doğrunu tapmağım mümkün deyil. Eyni mövzuları müəllimlərdən soruşdum. Onlar da fərqli şeylər dedilər. Dinimi doğru olaraq öyrənmədən ölsəm üzrlü sayılaram? Yoxsa səhv bildiyimə görə məsul olaram?

CAVAB
Eyni və bənzər sualları çox adam soruşur. Hər firqə, hər qrup “Mənim yolum doğrudur” deyir. İmam Rəbbani həzrətləri buyurur:
Hədisi-şərifdə müsəlmanların 73 firqəyə ayrılacağı bildirilmişdir. Bu 73 firqədən hər biri islama tabe olub Cəhənnəmdən xilas olacağı bildirilən bu firqənin öz firqəsi olduğunu söyləyir. Qurani-kərimdə tərcümə olaraq buyurulur:
«Hər firqə doğru yolda olduğunu zənn edib sevinir». [Muminun 53 və Rum 32]
Bu müxtəlif firqələr arasında qurtuluş firqəsinin əlamətini Peyğəmbər əfəndimiz bildirmişdir:
«Bu firqədə olanlar mənim və əshabımın getdiyi yolda olanlardır». [Tirmizi]
Peyğəmbər əfəndimiz özünü dedikdən sonra əshabi-kiramı da deməyə gərək olmadığı halda onları da söyləməsi «Mənim yolum əshabımın getdiyi yoldur. Qurtuluş yolu tək əshabımın getdiyi yoldur»deməkdir.Əshabi-kiramın yolunda gedən əlbəttə əhli-sünnə vəl-camaat firqəsidir. Cəhənnəmdən xilas olan firqə tək onlardır. «1/80»

Bu gün bir çoxları da özlərinin əhli-sünnə olduğunu söyləyir. Bu baxımdan əhli-sünnə etiqadının nə olduğunu bilmək şərtdir. Bu bilindikdən sonra doğrunu, haqqı bilmək çətin olmaz.

“Şirki bağışlamaz” nə deməkdir?
Sual: 
Allahın bütün günahları bağışlaya biləcəyi deyilir. Halbuki ən böyük günah olan şirki bağışlamayacağı Quranda yazılmışdır. Bu xüsusu açıqlayarsınızmı?
CAVAB
Etiqad ediləcək şeylərdə bir sarsıntı olsa qiyamətdə Cəhənnəmdən heç cür xilas olmaq olmaz. Bir insanın etiqadı doğru olub işlərində [ibadətləri etməkdə, haramlardan çəkinməkdə] zəiflik olsa tövbə ilə və bəlkə tövbəsiz də əfv ola bilər. Əgər əfv olunmazsa Cəhənnəmə girsə belə sonunda yenə xilas olar. İşin əsli, təməli etiqadı düzəltməkdir.«1/193»

Yenə imam Rəbbani həzrətləri buyurur:
Hər müsəlman əhli-sünnə etiqadını öyrənməli, imanını buna görə düzəltməlidir. Əhli-sünnə alimlərinin kitablarında bildirilən etiqada uyğun gəlməyən pis, səhv etiqad və imanlar, yəni bunlara könül bağlamaq könlü öldürən bir zəhərdir. İnsanı sonsuz əzaba aparır. Əməldə, ibadətlərdə tənbəllik, zəiflik olsa bağışlana bilər. Amma etiqadda zəif davranmaq bağışlanmaz. Allahu təala buyurur:
«Allah [axirətdə] şirki [küfrü, səhv imanı] əsla bağışlamaz. Digər bütün günahları isə istədiyi kəslərdən bağışlayar». [Nisa, 48]
O halda ölməmişdən qabaq etiqadı düzəltmək lazımdır. «2/67»

Göründüyü kimi şirk, yəni küfrlə ölən əbədi olaraq Cəhənnəmdə qalar. Dünyada ikən, yəni ölmədən əvvəl şirkə [küfrə] düşən tövbə etsə bağışlanar.

Bir kafir kafirliyinə tövbə etsə tərtəmiz, günahsız müsəlman olar. Bir müsəlman da şirkə [küfrə] düşərək kafir olsa və sonra peşman olub tövbə etsə yenə müsəlman olar. Tövbə etmək üçün təkcə kəlmeyi-şəhadət söyləmək kafi deyil. Küfrə səbəb olan şeyə də tövbə etmək lazımdır. «Allah şirki bağışlamaz» sözü səhv başa düşülür. Şirklə ölən bağışlanmaz; lakin həyatda ikən dəfələrlə şirkə düşüb sonra tövbə edən bağışlanar.

PAYLAŞ