Ruh ölməz, hər ölü eşidir

Sual: Buxari və digər hədis kitablarında ölülərin eşitdiyini Rəsulullah bildirir, amma ona da inanmıram, çünki Quran ölünün eşitmədiyini deyir. Budur, ayə:

“Sən ölülərə eşitdirə bilməzsən; arxasını dönüb gedən karlara da dəvəti eşitdirə bilməzsən. Korları pozuqluqdan imtina etdirib doğru yola gətirə bilməzsən; ancaq ayələrimizə inananlara eşitdirə bilərsən”. [Nəml-80, 81; Rum-52, 53]
CAVAB
Quranı da Rəsulullah bildirmişdir. Hədisə inanmayan Qurana inanarmı? Digər təfsirçilər kimi, imam qazı Beydavi o ayənin təfsirində deyir: Burada diri olub gözü, qulağı və beyni olan kafirlər ölüyə bənzədilir “Ölüləri [kafirləri] imana qovuşdura bilməzsən” deyilir.“Ölülərə, karlara eşitdirə bilməzsən” ifadəsindən sonra “Sən ancaq ayələrimizə iman edəcəklərə eşitdirə bilərsən” deyilir.Kafirlərin eşitməyəcəyi [haqqı qəbul etməyəcəyi], ancaq iman edəcəklərin eşidəcəkləri [qəbul edəcəkləri] bildirilir. Əgər qəbirdəkilərdə məqsəd ölü olsaydı, ölü də eşitməsəydi, “İman edənlərə eşitdirə bilərsən” ifadəsi yersiz və səhv olardı. Həm də “Kafir ölü eşitməz, mömin ölü eşidər” mənası çıxardı. Halbuki ən qiymətli hədis kitabı olan Buxaridəki hədisi-şərifdə “Kafir ölü də eşidir” buyurulur.

«Korla görən
 [kafirlə mömin], qaranlıqla işıqlıq [Batillə haqq], kölgə ilə isti [Cənnətlə Cəhənnəm] bir olmaz. Dirilərlə ölülər də bir olmaz. Əlbəttə, Allah dilədiyinə eşitdirər. Sən qəbirdəkilərə[inadçı kafirlərə] eşitdirə bilməzsən, sən yalnız xəbərdar edənsən». [Fatir, 19-22, Cəlaleyn]
Bu ayədə kafirə kor, möminə görən deyilir. Rəsulullah qəbirdəki ölüyə nə deyəcəydi ki, eşitdirsin? Haşa, bu cahillik olar. Digər tərəfdən Allahın bunu bildirməsi də haşa, lazımsız olardı. Dini təbliğin hədəfi ölülər deyil ki. Ölülərə dini təbliğ etməyə çalışan biri necə Peyğəmbər olar? Dərhal ayənin davamında «Sən yalnız xəbərdar edənsən»deyilir. Demək qəbirdəkilərdə məqsəd ölü deyil ki, xəbərdar edilmə ehtiyacı olsun.

Allahu təala niyə «Sən ölülərə eşitdirə bilməzsən» buyurur?
Bu suala bu günə qədər «Ölü eşitməz» deyənlərdən heç biri cavab verə bilməmişdir.

Allahu təala həzrəti Adəmdən bəri iman etmək üçün dini təbliğə ölüləri də hədəf seçdimi? Tarixdə ölüləri də imana dəvət edən bir Peyğəmbər varmı? Vəzifəsi dirilərə dini təbliğ etmək olan Rəsul haşa, imana ölüləri dəvət etdi? Ölünün mükəlləf olmadığını və ölüyə təbliğ edilə bilməyəcəyini bilməyən bir Peyğəmbərin hansı sözünə inanmaq olar? Quranı da o bildirdi, onda Qurana da etimad edilməz. Ateist “Peyğəmbər «Quranı biz endirdik, onu biz qoruyacağıq» deyə bir ayə uydurmuşsa, haradan biləcəksiniz?” deyir. Rəsulullah belə töhmət altında qalsa, islama etimad qalmaz. Onsuz da sizin kimi din düşmənlərinin məqsədi də budur. Rəsulullah “Ölülər eşidir” buyurur. “Ölü eşitməz” deyə bir sözü vardır?

Hamısı Cənnətlik və müctəhid olan əshabi-kiram, bütün məzhəb imamları və müctəhidlər ölünün eşitdiyini deyir. Hər hansı biri eşitmədiyini deyibmi?

Bütün təfsirçilər və bütün mühəddislər ölünün eşitdiyini deyir. İmam Beydavi, imam Qurtubi, imam Razi, imam Süyuti ölünün eşitmədiyini demişmi? Ölünün eşitmədiyini deyən tək bir təfsirçi və tək bir mühəddis varmı?

Təsəvvüf əhlinin hamısı ölülərin eşitdiyini deyir. Məsələn, imam Qəzali, Seyid Əbdülqədir Qeylani, imam Rəbbani kimi böyük şəxslərin hansı ölünün eşitmədiyini deyib? Qurani-kərimi bu alimlərin heç biri yox, təkcə siz başa düşübsünüz?

Ruh ölməz, hər ölü eşidir
Yalnız şəhidlər və Peyğəmbərlər deyil, digər ölülər də eşidir. Hədisi-şəriflərdə buyurulur:
«Ölü qəbrə qoyularkən ayaq səslərini eşidər». [Buxari]

«Ölülər etdiyiniz yaxşı işlərinizə sevinər, pis işlərinizə kədərlənərlər». [İbni Əbiddünya]

«Ölü özünü ziyarət edəni tanıyar və salamını alar». 
[İbni Əbiddünya]

«Ölü tanımadığı ziyarətçinin də salamını alar». [Beyhəki]

«Mömin biri ölüb dəfn edildikdə biriniz qəbrin başında 
[təlqin üçün] “Ey filan qadının oğlu, filan” desin! Çünki ölü “Bizi irşad et, Allahu təala da sənə rəhmət etsin!” deyər. Lakin siz bunu eşidə bilməzsiniz». [Deyləmi, İ. Asakir]

«İnkir və Minkir mələkləri sual-cavabdan sonra mömin ölüyə “Cəhənnəmdəki yerinə bax, Allahu təala dəyişdirib sənə Cənnətdəki yeri ehsan etdi” deyər. Ölü baxıb ikisini də görər».
[Buxari]

Rəsulullah əfəndimiz Bədirdə bir çuxura basdırılmış müşrik ölülərə «Rəbbinizin sizə vəd etdiyinə qovuşdunuzmu?» buyurunca həzrəti Ömər «Ya Rəsulullah, cansız ölülərə niyə söyləyirsən?» dedi. Cavab olaraq buyurdu: «Rəbbimin haqqı üçün söyləyirəm ki, siz məni onlardan daha yaxşı eşitməzsiniz, amma cavab verə bilməzlər».[Buxari, Müslim] [Həzrəti Ömərin ölünün eşitdiyini bildiyi halda belə soruşması dindəki bir hökmün vəsiqə halına gəlməsi üçündür.]
İbni Teymiyyə belə deyir:
«Bədirdə çuxurdakı ölmüş kafirlərin eşitdiyini bildirən hədisi-şərif məşhurdur. Zəruri inanılması lazım olan məlumatlardandır. Bütün ölülər şəhidlər kimi diri olub onlara ruzi verilər». [Kitabül-intisar-fil-imam Əhməd]

İbni Teymiyyənin tələbəsi İbni Qəyyum Cövziyyə “Kitabür-ruh”kitabında «Ölü ziyarət edəni bilər, səsini eşidər. Salamını alar, onunla fərahlanar. Bu hal təkcə şəhidlərə məxsus deyil. Hamı üçün belədir» deyir. «Əl-Bəsair, 22»

“Ölü kimi” nə deməkdir?
Sual: “Ölülərə eşitdirə bilməzsən” tərcüməsindəki ayənin məcaz olduğunu, “İnadçı kafirləri hidayətə çatdıra bilməzsən” mənasını verdiyini bildirdiniz. Ölü eşitmədiyi üçün kafirlərə ölü deyilmirmi?
CAVAB
Yuxarıda bildirilən hədisi-şərifdə «Siz məni ölülərdən daha yaxşı eşitməzsiniz, lakin onlar cavab verə bilməz» buyurulur. Bu halda “Ölüyə eşitdirə bilməzsən” demək eşidib ancaq cavab verə bilməyən ölülər kimi, “Haqqı qəbul etməyən kafirləri imana qovuşdura bilməzsən” deməkdir. Ölünün İnkir və Minkir adlı mələklərin qəbirdə soruşduğu suallara cavab verməsi ancaq Allahu təalanın icazəsiylə mümkün olur. Qurani-kərimdə bildirildiyi kimi, həzrəti İsanın ölüləri diriltməsi və ölülərin danışması ancaq Allahu təalanın icazəsiylə mümkün olmuşdur. Peyğəmbər və övliya ruhlarının da belə iş etməsi möcüzə və kəramət olub yenə Allahu təalanın icazəsiylədir.

İmam Süyuti həzrətləri buyurur:
Hər ölünün ruhu cəsədinə bilmədiyimiz bir halda bağlıdır. Ruhların öz cəsədlərinə təsir və təsərrüf etməyinə və qəbirdə olmağına icazə verilmişdir. Ölü qəbirdə çürüsə də, ruhun bədənlə olan bağlılığı pozulmaz. «Əl-mütəqəddim»

Niyə şəhidlər eşidir?
Sual: Bütün ölülər eşidirsə, Allah niyə “Şəhidlərə ölü deməyin” deyə bildirmişdir? Peyğəmbərlər üçün niyə “Ölü deməyin” deməmişdir?
CAVAB
Ayədə şəhidlərin buyurulması digərlərinin şəhidlərin ölüb yox olduğunu zənn edərək cihaddan qorxmağını önləmək üçündür. Cihada getməyə və şəhid olmağa mane olan şübhəni aradan qaldırmaq və Allah yolunda ölməyin yüksək fəzilətini bildirmək üçündür. «Təfsiri-məzhəri»

“İsra” surəsinin «Kasıblıq qorxusu ilə övladlarınızı öldürməyin»tərcüməsindəki 31-ci ayəsi də bunun kimidir. Kasıblıq qorxusu olmadan da öldürməyin caiz olmadığı halda kasıblıq qorxusu ilə öldürənlər çox olduğundan ayə hadisələrə görə göndərilmişdir. Yəni yalnız şəhidlər ölü olmadığı halda şəhidlərə “Ölü deyil” buyurulması kimi, “Kasıblıq qorxusu ilə uşaqlarınızı öldürməyin” demək də belədir. Uşaqlarımızı kasıblıq qorxusundan başqa səbəblərlə də öldürməyimiz caiz deyil.

Yenə “İsra” surəsinin «Əsla ata-anana “of” demə» tərcüməsindəki 23-cü ayəsi də belədir. Bir nəfər ata-anasına “of” deməyib çubuqla döysə, sonra da «mən “of” demədiyim üçün Quranın əmrinə tabe oldum» desə, Qurana tabe olmuş olarmı? Ayənin mənası «Ata-ananızı üzməyin, hətta onlara “of” belə deməyin» deməkdir. «Beydavi»

“Ata-anana of demə” 
deyilərək necə daha böyük əziyyət verməmək lazımdırsa, “Şəhidlərə ölü deməyin” deməklə onlardan daha üstün olan Peyğəmbərlərə ölü deyilməyəcəyi aşkardır.

Sual: Quranda şəhidlərin ölü deyil, diri olduğu deyilir. Şəhiddən daha qiymətli olan Peyğəmbərlər ölüdürmü? Ruh ölmədiyinə görə kafir, müsəlman, bütün ruhlar diri deyilmi?
CAVAB
Əlbəttə, bütün ruhlar diridir. Şəhidlərin diri olduğunun deyilməsi digər ruhların ölü olduğunu göstərmir. Əşəreyi-mübəşşərənin cənnətlik olduğu deyiləndə o birilərin cəhənnəmlik olduğu deyilimir. Əshabi-kiramın hamısının cənnətlik olduğu bildiriləndə Veysəl Qarani kimi səhabə olmayan müsəlmanların Cəhənnəmlik olduğu nəzərdə tutulumur. O ayənin eniş səbəbi nədir? Bu müəyyənləşərsə, məsələ aydın olar. Tibyanda bildirilir:
Bədirdə “Filan qədər, filan kəslər öldü getdi” deyildiyi zaman Allahu-təala şəhidlər üçün ölü deyilməsini qadağan edib buyurdu:
«Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə onlar diridir, amma siz bunun şüurunda deyilsiniz». [Bəqərə, 154]

Hədisi-şərifdə də buyurulur:
«Uhudda şəhid olan qardaşlarınızın ruhları yaşıl quşlarla Cənnətə getmişdir. Onlar Cənnətin çaylarından su içər, meyvələrindən yeyib ərşin kölgəsində asılmış qızıl qəndillərlə gedərlər, istirahət edərlər. Yeyib-içməyin ləzzətini və orada yaşanan həyatın gözəlliklərini daddıqları zaman” keşkə Allahu-təalanın bizə nələr verdiyini qardaşlarımız bilib cihaddan çəkinməsəydilər” dedilər. Allahu-təala da “Mən onlara sizin vəziyyətinizi bildirərəm” buyurdu». [Müslim, Tirmizi, İbni Macə]

Şəhidlərin ölməyəcəyi, Cənnətdə olduqları, döyüşənlərin şəhid olmaqdan qorxmamaları ayəti-kərimənin eniş səbəblərindəndir. Burada şəhidlərin fəzilətləri bildirilir. Ayəti-kərimədə “Allah yolunda öldürülənlər” deyilir. Peyğəmbər Allah yolunda deyilmi? Əlbəttə, şəhidlərdən çox üstündür. İbni Həcəri Məkki həzrətləri buyurur:
Peyğəmbərlər məzarlarında diridir; lakin onların həyatları bizim həyatımız kimi deyil. Yeyib-içmələri, ibadət etmələri lazım deyil. Mələklərin həyatına bənzəyər. Ləzzət almaq üçün ibadət edərlər, çünki qəbir həyatında cənabi-Haqqı müşahidələri dünyadakından daha mükəmməldir. «Fətavayi-fiqhiyyə səh: 125»

Peyğəmbərlərin qəbir həyatları dünya həyatı kimi deyil. Onlar axirətə getmişlər. Onlar eşitməyən ölü demək deyil. Qəbirlərində namaz qılarlar. Bir hədisi-şərif tərcüməsi:
«Peyğəmbərlər qəbirlərində diridir, namaz qılarlar». [Əbu Yəla, Beyhəki]

Ayəti-kərimələri ən yaxşı açıqlayan Rəsulullah əfəndimiz Bədirdə bir çuxura basdırılmış müşrik ölülərə «Rəbbinizin sizə vəd etdiyinə qovuşdunuzmu? Mən Rəbbimin söz verdiyi zəfərə qovuşdum»buyurunca Həzrəti Ömər vəsiqə halına gəlsin deyə «Ya Rəsulullah leşlərə söyləyirsən? Onlar eşidirmi?» dedi. Rəsulullah cavab olaraq buyurdu:
«Rəbbimin haqqı üçün söyləyirəm ki, siz məni onlardan daha yaxşı eşitməzsiniz, amma onlar cavab verə bilməzlər». [Buxari, Müslim]

PAYLAŞ